Kapitandan yubiley töhfəsi və ya Qurban Qurbanov üçün tarixi qol
17.02.2012 - 13:18
Azərbaycan Premyer Liqasının XX turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, bu il 40 yaşını qeyd edəcək mütəxəssis baş məşqçilik karyerasında 250-ci dəfə qol sevinci yaşadı.
Belə ki, “Bakı” ilə səfər matçınadək Qurbanovun yetirmələri 248 qol vurmuşdular. Bu qolların 76-nı 2006-07-ci illərdə rəhbərlik etdiyi “Neftçi”, 172-ni isə 2008-ci ilin yayından çalışdırdığı “Qarabağ” vurmuşdu. “Bakı”nın təlim-məşq bazasında keçirilən görüşdə 3:0 hesabının qeydə alınması isə Ağdam təmsilçisi ilə 175, ümumilikdə 251 qola çatmağa imkan verdi.
Bu isə o deməkdir ki, “Bakı”nın qapısına vurulan 2-ci qol Qurbanovun məşqçilik karyerasında yubiley – 250-ci olub. Bu əlamətdar topun müəllifi isə kapitan Rəşad Sadiqov idi.
Onun ardınca fərqlənib, matçda son nöqtəni qoyan Georgi Adamiya isə baş məşqçisinin karyerasında ilk qolun müəllifidir. O, 2006-cı il avqustun 6-da “Neftçi” – “Gənclərbirliyi” görüşünün 17-ci dəqiqəsində Qurbanovun baş məşqçi postundakı debütünə ilk qolla töhfə vermişdi.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi debüt edib, ilk qola sevindiyi gündən 250-ci olan qoladək 2020 gün ərzində mütəxəssis 180 matçda iş başında olub.

| Turnir | “Neftçi” | “Qarabağ” | Cəmi |
|---|---|---|---|
| Çempionat | 54 | 130 | 184 |
| Kubok | 19 | 18 | 37 |
| UEFA kuboku/Avroliqa | 3 | 27 | 30 |
| Cəmi | 76 | 175 | 251 |
0
0