58-ci rəqib, müsbət balans
26.02.2012 - 19:00
Azərbaycan millisi tarixində ilk dəfə Hindistan yığması ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Dubay toplanışında sabah üzləşəcəyimiz komanda yığmamızın 20 illik tarixində 58-ci rəqibi olacaq.
Hindistan qüvvəmizi sınayacağımız 14-cü Asiya təmsilçisidir ki, bu, həmin qitədə yerləşib, UEFA-ya daxil olan ölkələr sayılmamağı şərtilədir. Millimiz indiyədək Özbəkistanla 8, İranla 4, Qırğızıstan, Tacikistan, Türkmənistan, Küveyt, Oman, İordaniya ilə 2, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq və Sinqapur yığmalarının hərəsi ilə 1 dəfə üz-üzə gəlib.
Asiyalılarla 30-cu matça çıxacaq komandamız bu qitə təmsilçiləri ilə əvvəlki görüşlərdə uğurlu çıxış edib. Bu matçlarda 11 qələbə və 9 heç-heçəsi olan yığmamız 9 dəfə uduzub. Top fərqində də komandamız üstündür – 39:36. Göründüyü kimi, millimiz asiyalılarla oyunlarda müsbət balansa malikdir.
Mehman SÜLEYMANOV

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0