Aleksandr Starkovdan yeni futbolçuya dəvət
28.02.2012 - 11:03
Aleksandr Starkovdan yeni futbolçuya dəvət
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov yeni futbolçuya dəvət göndərib. Apasport.az saytının məlumatına görə, təcrübəli latviyalı mütəxəssis Rusiyanın “Yenisey” klubunun hücumçusu Edqars Qauraçsı Qazaxıstan yığması ilə sabahkı yoldaşlıq görüşünə çağırıb. Həmin matç Türkiyənin Antalya şəhərində keçiriləcək.

Rusiyanın I divizionunda çıxış edən Edqars qış fasiləsində Krasnoyarsk klubunun heyətində keçirdiyi yoxlama oyunlarında 3 qol vurub. Bu, ötən ilin yanvarından “Bakı”nı da çalışdıran Starkovun diqqəti cəlb etdiyindən, 1,88 metr boya malik 24 yaşlı hücumçunu sınamağı qərara alıb.

Qeyd edək ki, Starkov yığmasının bu ildə ilk oyununa Premyer Liqamızdan 2 futbolçunu çağırıb. Bu, “Bakı”da da rəhbərliyi altında oynayan müdafiəçi Denis İvanovla “Simurq”un sol cinah yarımmüdafiəçisi Andrey Rubindir.