AFFA-dan daha bir festival
06.03.2012 - 15:50
AFFA-dan daha bir festival
Azərbaycanda “Qızlar Futbol Festivalı” keçiriləcək. Apasport.az saytının məlumatına görə, AFFA bütün arzulayanları ilk dəfə keçiriləcək festivala dəvət edir. Tədbir çərçivəsində “Öz Məqsədini Yaşat” layihəsinin təqdimatı, Çingiz Mustafayevin ifasında xoş musiqi, qarşıdan gələn FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Steffi Cons və U-17 qadınlar milli yığmasının üzvləri ilə görüş də olacaq. Bundan başqa uşaqlar üçün müsabiqələr keçiriləcək. Tədbir iştirakçıları dünya çempionatının talismanı ilə xatirə şəkilləri də çəkdirmək imkanı qazanacaq. Tədbir hər kəsə açıqdır.

Qeyd edək ki. AFFA tərəfindən top festivalları keçirilirdi.

Mənbə: affa.az