Əsgər Abdullayev: Belə güclü komanda ilə normal oynadıq
07.03.2012 - 17:21
“Erkən qol buraxmağımız oyunumuza təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əsgər Abdullayev deyib. Tovuz klubunun çalışdırıcısı Premyer Liqanın XIX turdan təxirə salınan oyun çərçivəsində bu gün evdə “Xəzər Lənkəran”a minimal hesabla uduzdu. Abdullayev 2-ci dəqiqədə Branimir Subaşiçin vurduğu qolu həlledici sayıb: “Bir neçə qol imkanımız olsa da, bundan yararlana bilmədik. Belə güclü komanda ilə normal oynadıq. “Xəzər Lənkəran”a uğurlar arzulayıram”.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0