AFFA-nın hazırkı rəhbərliyi dövründə ilk dəfə!
12.03.2012 - 17:06
AFFA-nın hazırkı rəhbərliyi dövründə ilk dəfə!
“Dalğa Arena” Azərbaycan kubokunun final oyununun keçiriləcəyi 4-cü stadion olacaq. Apasport.az saytının məlumatına görə, bunadək qaliblər “Tofiq Bəhramov”, “Şəfa” və Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda müəyyənləşib.

Təbii ki, ən çox mərkəzi arenamız buna ev sahibliyi edib. Yalnız istisna hallarda final matçları “Şəfa”da və Sumqayıtdakı arenada keçirilməli olub. Belə ki, 2001-ci ildə “Neftçi” ilə “Şəfa” kubokun qalibini “gənclik şəhəri”ndə müəyyənləşdirdi. Bundan 6 il sonra isə “Qarabağ”la “Karvan” “Şəfa” stadionunda görüşdü.

Maraqlıdır ki, AFFA-nın əvvəlki 2 prezidenti – Fuad Musayev (1992-2003) və mərhum Ramiz Mirzəyevin (2003-2007) vaxtında kubokun final oyunu ilə bağlı Respublika stadiondan kənara çıxmaq olub. Bu, 2008-ci ilin martın 14-dən AFFA-nın prezidenti olan, 3 gün öncə vəzifəsinə yenidən seçilən Rövnəq Abdullayevin vaxtında ilk dəfə olacaq. Əslində ötən ildən istifadəyə verilən “Dalğa Arena” AFFA-nın Futbol Mərkəzinin nəzdindədir və ən əsası, Respublika stadionunda təmir işləri getdiyindən, yığmalarımız ev oyunlarını da orada keçirir. Bu mənada kubokun final matçının da “Dalğa Arena”ya salınmağı gözlənilən idi.

Azərbaycan kubokunun final oyunları

Tarix qalib finalçı hesab
30.08.1992“İnşaatçı” (Bakı) “Kür” (Mingəçevir) 2:1 (əlavə vaxtda)
28.05.1993“Qarabağ” (Ağdam) “İnşaatçı” (Sabirabad) 1:0 (əlavə vaxtda)
08.06.1994“Kəpəz” (Gəncə) “Xəzər” (Lənkəran) 2:0
28.05.1995“Neftçi” (Bakı) “Kür” (Mingəçevir) 1:0
15.05.1996“Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) 3:0
28.05.1997“Kəpəz” (Gəncə) “Xəzri” (Bakı) 1:0
28.05.1998“Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2:0
28.05.1999“Neftçi” (Bakı) “Şəmkir” 0:0 (pen 5:3)
28.05.2000“Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2:1
25.05.2001“Şəfa” (Bakı) “Neftçi” (Bakı) 2:1
09.05.2004“Neftçi” (Bakı) “Şəmkir” 1:0 (əlavə vaxtda)
28.05.2005“Bakı” “İnter” (Bakı) 2:1 (əlavə vaxtda)
03.06.2006“Qarabağ” (Ağdam) “Karvan” (Yevlax) 2:1
28.05.2007“Xəzər-Lənkəran” “MKT-Araz” (İmişli) 1:0
24.05.2008“Xəzər-Lənkəran” “İnter” (Bakı) 2:0 (əlavə vaxtda)
23.05.2009"Qarabağ" (Ağdam) "İnter" (Bakı) 1:0
 22.05.2010 “Bakı”  “Xəzər-Lənkəran” 2:1
24.05.2011“Xəzər Lənkəran”“İnter”4:2


Qeyd edək ki, cari mövsümdə kubokun final oyunu mayın 17-də keçiriləcək.