Kolumbiya yığması Azərbaycana gəlir
14.03.2012 - 11:35
17 yaşadək qızlardan ibarət milli komandalar arasında Cənubi Amerika çempionatında ilk yarımfinalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, B qrupunda keçirilən III turun oyunlarından sonra Kolumbiya futbolçuları 1/2 finala vəsiqəni təmin ediblər.
Bu il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın 1 addımlığında olan komanda Çilini 3:0 hesabı ilə məğlub edib. Braziliya yığması eyni hesabla Venesuelanı üstələyib. Bu nəticələrdən sonra Kolumbiyanın 9 (3 oyun), Braziliyanın 6 (2), Venesuelanın 3 (3) xalı varsa, hərəyə 2 oyun keçirən Çili və Paraqvay xala həsrətdirlər.
Qeyd edək ki, Kolumbiyanın artıq vəsiqəni təmin etdiyi yarımfinalda oynayacaq 4 komandadan 3-ü Azərbaycanda keçiriləcək mundiala vəsiqə qazanacaq.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0