“8 xallıq fərqi aradan qaldırıb, “Neftçi”yə çatmaq şansımız var”
27.03.2012 - 16:16
“Neftçi” penaltidən istifadə edə bilsəydi, hesab 2:0 olacaqdı. Matçın sonlarında isə 100 faizlik qol imkanı artıq bizdə idi. Ancaq Semedo bir neçə metrdən qapıya düşə bilmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç deyib.
Serbiyalı hücumçu Premyer Liqanın XXV turunun “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Prinsipcə, hər 2 komandanın imkanları oldu və 1:1 hesabı ədalətli nəticədir. Lakin son dəqiqədə qələbə əldə etmək imkanını qaçırmaq üzücüdür. Gərgin oyun keçdi. Oyunçularımız çox qaçdılar, yoruldular. İlk hissədə küləyin istiqamətinə qarşı oynadıq. Fasilədən sonra isə külək “yatdı”. Belə olan halda, nə deyəsən?”
Subaşiç komandadakı baş məşqçi dəyişikliyi və çempionluq şansından da danışıb: “Yeni məşqçi gələndə vaxt lazımdır ki, komanda uyğunlaşsın. Yunis Hüseynovu çoxdan tanıyıram. O, yaxşı insan və məşqçidir. Onun haqda nəsə pis deyə bilmərəm. Əvvəlki məşqçilərim kimi onunla da problemim yoxdur. Düşünürəm ki, məşqçi dəyişikliyi komandaya müsbət təsir etməlidir. 8 xallıq fərqi aradan qaldırıb, “Neftçi”yə çatmaq şansımız var. Bunun üçün çox şey özümüzdən asılıdır”.
Extratime.az

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0