“Xəzər Lənkəran” - 52, Yunis Hüseynov – 1
27.03.2012 - 16:26
“Xəzər Lənkəran” - 52, Yunis Hüseynov – 1
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Xəzər Lənkəran” sabah öz meydanında “İnter”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu görüş “ağ-yaşıllar”ın ölkə kuboklarında sayca 52-ci matçı olacaq.

Cənub təmsilçisi indiyədək keçirdiyi 51 oyunda 33 qələbə qazanıb, 9 dəfə məğlub olub, 9 görüş isə heç-heçə bitib. Komanda bu qarşılaşmalarda rəqib qapılarına 110 top vurub ki, bu da orta hesabla hər oyuna 2,11 top deməkdir. Eyni zamanda 51 oyunda “Xəzər Lənkəran” öz qapısından 38 top buraxıb ki, bu da orta hesabla hər oyuna 0,73 topa bərabərdir. Vurulan və buraxılan topların nisbətində “Xəzər Lənkəran”ın 72 top fərqli üstünlüyü var.

Lənkəran təmsilçisi 2004-cü ildən indiyədək 3 dəfə ölkə kubokuna sahib çıxıb. Cənublular daha 1 dəfə kubokun finalında “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Ümumilikdə, “Xəzər Lənkəran” 2 dəfə Ağasəlim Mircavadovun və 1 dəfə rumın məşqçi Mirça Rednikin başçılığı altında kuboku qazana bilib.

Qeyd edək ki, sabah baş tutacaq qarşılaşma yeni baş məşqçi Yunis Hüseynovun “Xəzər Lənkəran”ın baş məşqçi postunda ilk kubok oyunu olacaq.

kubokoyunqələbəheç-heçəməğlubiyyətvurubburaxıbFərqNəticə
XIII62316511/2final
XIV8611193161/2final
XV980124222kubok
XVI971127720kubok
XVII42118351/4final
XVIII74121073final
XIX63211183kubok
XX2101532 
CƏMİ513399110 3872 


12cioyuncu.info