Mirça Rednik: ...100 min avro mükafat alacaqdım
27.03.2012 - 16:58
Mirça Rednik: ...100 min avro mükafat alacaqdım
“Həqiqətən də “Petrolul” rəhbərliyi mənə baş məşqçi vəzifəsini təklif etdi. Bu gün səhər onlarla danışığımız oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik deyib.

Ötən ilin dekabrında ölkəmizi tərk edən rumıniyalı çalışdırıcı vətənində “Petrolul”dan aldığı cəlbedici təklifdən imtina edib: “Onlar mövsümün yerdə qalan hissəsi üçün 120 min avro təklif edirdilər. Təxminən 2 yalıq işimlə komandanı güclülər dəstəsində saxlasaydım, əlavə 100 min mükafat da alacaqdım. Lakin mən onların təklifindən imtina etdim. Çünki Rumıniyanın digər klublarından da təkliflər almışam. Üstəlik, Asiyada da mənimlə maraqlananlar var”.