Bakıdakı zəfər Əziz Yıldırımı ağlatdı - FOTO
28.03.2012 - 11:24
Türkiyənin qadın voleybolçulardan ibarət “Fənərbaxça” komandasının Bakıda keçirilmiş Çempionlar Liqasının “4-lər finalı”nda qazandığı qələbə klub prezidenti Əziz Yıldırımı ağladıb. Lent.az-ın məlumatına görə, duyğusal anlar Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı keçirilən məhkəmə prosesində yaşanıb.
“Fənər”in kapitanı Səda Tokatlıoğlu məhkəmənin hakimi Mehmet Ekinciyə üzərində bütün komanda üzvlərinin imzası olan voleybol topu hədiyyə edib. Bu zaman məhkəmə zalında alqış səsləri ucalıb. Zalda olan klub rəsmiləri göz yaşlarına hakim ola bilməyiblər. Yıldırım isə müttəhimlərin olduğu bölümün kənarına gələrək bütün komandanı və məşqçilər heyətini təbrik edib. Bu zaman klub prezidenti də göz yaşları axıdıb.
Qeyd edək ki, “Fənərbaxça” üzvləri Çempionlar Liqasının kubokunu özləri ilə gətirsələr də, baş mükafat məhkəməyə buraxılmayıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0