“Qarabağ” üçün təbrik
28.03.2012 - 17:17
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyunu haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra mərhələ adlayan rəqibi təbrik edib. Kavlak ağdamlılara qarşıdakı görüşlərdə uğur arzulayıb: “Qarabağ”ı təbrik edirəm. Çox gözəl oyun oldu. İki komandanın mübarizəsində mərhələni adlayan “Qarabağ” oldu. Rəqibimizə uğurlar arzulayıram”.
Qeyd edək ki, “Qəbələ” cari mövsüm “Qarabağ”la 3-ü Quzanlı qəsəbəsində olmaqla keçirdiyi 5 görüşün heç birində uduzmayıb.
Qeyd edək ki, “Qəbələ” cari mövsüm “Qarabağ”la 3-ü Quzanlı qəsəbəsində olmaqla keçirdiyi 5 görüşün heç birində uduzmayıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0