“Sportinq”dən əzmkar qələbə, Madriddə 6 qol
20.04.2012 - 00:57
Bu gün Avroliqada yarımfinal oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, hər 2 oyunda meydan sahibləri qalib gəlib. İspaniya derbisi məhsuldarlığı ilə yadda qalıb. Belə ki, “Atletiko” ilə “Valensiya” arasında Madriddə keçirilən oyunda 6 qol vurulub. Madridlilər 4:2 hesablı qələbə ilə finala çıxmaq şansını artırıb. Portuqaliyada oyun isə meydan sahiblərinin əzmkar qələbəsi ilə nəticələnib. Belə ki, “Sportinq” bir sıra güclü klubları Avroliqadan kənarlaşdıran “Atletik”dən üstün olmağı bacarıb.
Qeyd edək ki, cavab oyunları aprelin 26-da keçiriləcək.
19 aprel
“Atletiko” (İspaniya) - “Valensiya” (İspaniya) - 4:2
Falkao, 18; 78; Miranda, 49; Adrian, 54 - Jonas, 45; Koşta, 90+2
“Sportinq” (Portuqaliya) – “Atletik” (İspaniya) - 2:1
İnsua, 76; Kapel, 80 - Aurteneçe, 54
Qeyd edək ki, cavab oyunları aprelin 26-da keçiriləcək.
19 aprel
“Atletiko” (İspaniya) - “Valensiya” (İspaniya) - 4:2
Falkao, 18; 78; Miranda, 49; Adrian, 54 - Jonas, 45; Koşta, 90+2
“Sportinq” (Portuqaliya) – “Atletik” (İspaniya) - 2:1
İnsua, 76; Kapel, 80 - Aurteneçe, 54
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0