Sergey Yuran I divizion klubunun baş məşqçi postuna namizəddir
20.04.2012 - 15:23
Sergey Yuran I divizion klubunun baş məşqçi postuna namizəddir
Zaqatalanın “Simurq” klubunun rusiyalı sabiq baş məşqçisi Sergey Yuranın yenidən vətənində çalışmaq variantı yaranıb. Apasport.az saytının məlumatına görə, 43 yaşlı çalışdırıcı I divizion təmsilçisi “Sibir”in baş məşqçi postuna namizəd olub. Novosibirsk təmsilçisi bu gün britaniyalı çalışdırıcısı Aleks Millerin istefasını elan edəndən sonra onun yerinə namizədləri nəzərdən keçirir. Bu, Yuranla yanaşı, tanınmış ukraynalı mütəxəssis Aleksandr Zavarov və “Sibir”də uşaq futbolunun inkişafı üzrə proqramın rəhbəri Aleksandr Piskarevdir. Klub yeni baş məşqçisinin adını növbəti səfər oyununadək - “Mordoviya” ilə aprelin 25-də Saranskdakı matçadək açıqlayacaq.

Qeyd edək ki, ötən ilin iyulundan bu ilin martınadək “Simurq”u çalışdıran Yuran final mərhələsinə 1 tur qalmış uğursuz çıxışa görə istefaya göndərildi.