“Fənərbaxça”nın 4 futbolçusu yığmamıza qarşı
21.04.2012 - 23:00
“Fənərbaxça”nın 4 futbolçusu yığmamıza qarşı
Aprelin 27-dən mayın 3-dək Qazaxıstanda keçiriləcək “Prezident kuboku”nda yığmamızla bir qrupda yer alan Türkiyənin U-15 komandasının heyəti açıqlanıb.

Apasport.az saytının xəbərinə görə, rəqib yığmamızla oyuna 18 futbolçu ilə gəlir ki, onlardan dördü “Fənərbaxça”nın, ikisi “Qalatasaray”ın və bir o qədəri də “Trabzonspor”un yetirməsidir.

Ümumilikdə, “ay-ulduzlular”ın heyətində komandamıza qarşı Abdurrahman Canlı, Muhammed Samed Karakoç, Ahmethan Köse, Çihan Kasimoğlu (hamısı “Fənərbaxça”), Gökhan Göksu, Birhan Vatansever (hər ikisi “Qalatasaray”), Doğukan Uğurdil, Übeyd Adiyaman (“Gençlerbirliyi”), Erdi Dikmen, Kemal Sabri Bayraktar (“Samsunspor”), Ahmet Eren, Mücahit Çakır (hər ikisi “Trabzonspor”), Serhat Akyün (“İstanbul BB”), Batuhan Gülcan (“Ankaragücü”), Kadir Bilimlier, Taner Kahriman (hər ikisi “Bucaspor”), Yasin Bayri və Furkan Narin (hər ikisi “Boluspor”) oynayacaq.