Yenə Ronaldo, yenə həmin hakim və “Barsa”nın 5 illik seriyası bitdi
22.04.2012 - 10:39
“Real” “Barselona” ilə oyunlarda 5 illik uğursuz sindromu qırdı. Apasport.az saytının məlumatına görə, madridlilər əzəli rəqibini sonuncu dəfə 2007-ci ildə onun meydanında yenə bilmişdi. Bundan sonra “Nou Kamp”da qələbəyə həsrət qalan “Kral klubu” nəhayət, istəyinə çatdı. İspaniya çempionatının hesabat turunda “Barsa”nı 2:1 hesabı ilə yenən Madrid təmsilçisi bununla da çempionluq məsələsini həll edib. Hər halda, Xosep Qvardiolanın çalışdırdığı komandanın 4 tur qalmış bu fərqi aradan qaldırmağı mümkünsüz görünür.
“Barselona”nın bu nəticə ilə eyni zamanda cari mövsümdə ilk ev məğlubiyyəti reallaşdı. “Real” isə 2-ci mövsümdür baş məşqçisi olan Joze Mourinyonun rəhbərliyi altında əzəli rəqibinə 2-ci dəfə qalib gəldi. İlk qələbə ötən mövsüm Valensiyada keçirilən İspaniya kubokunun finalında reallaşmışdı. Maraqlıdır ki, 1:0 hesabı ilə nəticələnən həmin matçda da qələbə topunu dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldo vurmuşdu. Digər məqam isə onda da hakimin Alberto Undiano Malenko olmağıdır. Yəni bu FİFA referisinin ayağı Mourinyonun komandasına düşür.
“Real” 250-ci “El Klassiko”da yeni rekord da müəyyənləşdirdi. Bu da İspaniya çempionatında bir mövsümdə vurulan qolların sayına görədir. Buna qədər rekord 107 qolla məhz madridlilərə məxsus idi ki, yeni rekordu oyunda hesabı açan Almaniya millisinin yarımmüdafiəçisi Sami Hedira müəyyənləşdirdi. Ronaldo isə cari çempionatda 42-ci qolunu vuraraq, bombardirlər yarışında “Barsa”nın argentinalı hücumçusu Lionel Messini keçdi.
Qeyd edək ki, “Barsa” son 3 ilin dəyişilməz çempionudur və bunları qazanan Qvardiola ilk dəfə qızıl medalsız qalacaq.

0
0