Mourinyo “Barselona” üzərində tarixi qələbə haqda danışmadı
22.04.2012 - 11:43
Mourinyo “Barselona” üzərində tarixi qələbə haqda danışmadı
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo “Barselona” üzərində qələbə haqda danışmaq istəməyib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis yenə oyundan sonra keçirilən mətbuat konfransında iştirak etməkdən boyun qaçıraraq, bu ənənəsinə mövsümün axırına kimi sadiq qalmaq fikrindədir.

Onun əvəzinə jurnalistlər qarşısına çıxan ispan köməkçisi Aytor Karanka uğurun çox vacib olduğunu bildirməklə yanaşı, futbolçularından arxayınlaşmamağı xahiş edib: “Bu qələbə bizim üçün həddən artıq önəmlidir. Çünki o, özünəinama təsir edir. “Barselona” ilə əvvəlki oyunlarda bizə qələbə üçün məhz 1 qol çatmırdı. Bu qələbə görülən işin nəticəsidir. Ancaq biz titulu hələ qazanmamışıq və 1-ci olmaq üçün 2 qələbə qazanmalıyıq. Düzdür, bundan əvvəl Çempionlar Liqasında “Bavariya2 ilə cavab yarımfinal oyununa konsentrasiya olunmağımız lazımdır”.

Qeyd edək ki, “Real” 2:1 hesabı ilə qalib gəldiyi “Barselona”nı sona 4 tur qalmış 7 xal qabaqlayır.