Ölümdən qayıdan futbolçu nə istəyir?
22.04.2012 - 12:39
Ölümdən qayıdan futbolçu nə istəyir?
Ölümdən qayıtmaqla son 1 ayda dünyanın diqqət mərkəzində olan İngiltərənin “Bolton” klubunun futbolçusu Fabris Muamba inadkarlığını nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, martın 17-də ölkə kubokunda “Tottenhem”lə oyunda ürək çatışmazlığı üzündən yerə yıxılaraq, xəstəxanaya aparılan, klinik ölüm keçirdiyi müəyyənləşən 25 yaşlı yarımmüdafiəçi karyerasını davam etdirməyə hazırlaşdığını bildirib.

Fabrisin sözlərinə görə, başına gələnlər onun yaşıl meydanda çıxışını belə tez başa vurmaq fikrində deyil: “Sağlamlıqla bağlı problemin haradan çıxdığını bilmirəm. Axı hətta nadir hallarda soyuqlayırdım. Oyundan öncə bütün həftəni ümumi qrupda məşq etdim və özümü əla hiss edirdim. Həmin anda heç bir ağrım yox idi, sadəcə, ondan bir neçə dəqiqə əvvəl başım hərləndi, sonradan isə görmə qabiliyyətim itdi. Mən çoxlu analizlərdən və testlərdən keçdim, ancaq bunun səbəbi hələ də aydın deyil. Ola bilsin ki, bu, tapmaca kimi qalacaq. Futbola qayıtmaq əla olardı. Əminəm ki, yenidən yaşıl meydana çıxacağam”.