Yığmamız yenə Latviyaya uduzdu
05.05.2012 - 18:23
Yığmamız yenə Latviyaya uduzdu
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası Riqa şəhərində təlim-məşq toplanışında olan latviyalı həmyaşıdları ilə ikinci yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən oyun 3:2 hesabı ilə Latviya yığmasının xeyrinə başa çatıb. Yığmamızın qollarından birinin müəllifi Umar Akmurzayev olub. Digər qolu isə latviyalı futbolçu öz qapısından keçirib.

Qeyd edək ki, bu yığmalar arasında mayın 3-də keçirilən yoldaşlıq oyunu latviyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.