“Hesabı açandan sonra müdafiəyə çəkilib, arxayın oynadılar”
05.05.2012 - 18:55
“Hesabı açandan sonra müdafiəyə çəkilib, arxayın oynadılar”
“Məqsədimiz qələbə qazanıb, avroliqaya vəsiqəni bu gün rəsmiləşdirmək idi. Təəssüf ki, bunu bacarmadıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Premyer Liqanın XXXI turunda “Qəbələ”ni qəbul edən cənub təmsilçisi 59-cu dəqiqədə hesabı açsa da, qələbəni qoruya bilməyib. Hüseynov buna görə futbolçuları günahlandırıb: “İşimizi çətinə saldıq. Futbolçulardan razı qalmadım. Hesabı açandan sonra müdafiəyə çəkilib, arxayın oynadılar. Son oyuna ciddi hazırlaşacağıq”


Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.