AFFA tanınmış FİFA hakiminə ağır cəza verdi - FOTO
06.05.2012 - 23:13
AFFA tanınmış FİFA hakiminə ağır cəza verdi - FOTO
Premyer Liqanın XXIX turu çərçivəsində keçirilən və 2:2 hesabı ilə başa çatan "Rəvan" - "Turan" oyunu təkcə qapılara vurulan 4 qolla əlamətdar olmadı. Apasport.az saytının xəbərinə görə, həmin matçın baş hakimi Anar Salmanov verdiyi qərarlarla diqqət mərkəzinə düşdü.

FİFA referisinin fasilədən sonra təyin etdiyi 3 penalti və meydan sahiblərinin oyunçusu Taqim Novruzova göstərdiyi qırmızı vərəqə müzakirə mövzusu oldu.

Həmin oyundakı "axsaq" idarəçiliyi Salmanova baha başa gəlib. Belə ki, Hakimlər Komitəsi onu 5 oyunluq cəzalandırıb. Gənc referinin Premyer Liqanın son 2 turunun oyunlarına təyinat almamağı məhz bununla bağlıdı. Salmanov "Rəvan" - "Turan" duelindəki səhvlərinə görə mövsümü erkən başa vurub.