“Möhtəşəm futbolçudu, ona ehtiyacımız var”
06.05.2012 - 23:21
“Möhtəşəm futbolçudu, ona ehtiyacımız var”
Cari mövsümdə 30 dəfə start heyətində meydana çıxıb 20 qol vuran və 8 dəfə məhsuldar ötürmə verən Robert Levandovskini "Bavariya" başda olmaqla, Avropanın bir sıra aparıcı klubları istəyir. Apasport.az saytının xəbərinə görə, 2011-ci il üçün Polşanın ən yaxşı oyunçusu seçilən 23 yaşlı futbolçunun Dortmund klubu ilə 2014-cü ilədək müqaviləsi var. Üstəlik, "Borussiya" ona yeni müqavilə təklif etməyə hazırlaşır.

"Borussiya"nın idman direktoru Mixael Zorts transfer dedi-qodu ilə bağlı açıqlama verib: "Robert mütləq komandada qalacaq. Möhtəşəm oyunçudu, ona ehtiyacımız var. Gələn mövsüm də komandamızın formasını geyinəcəyini əminliklə söyləyə bilərəm".