35 illik həsrətə son qoydu, “Neftçi”yə rəqib oldu
07.05.2012 - 08:37
Polşanın futbol çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Şlensk” son turda Krakovun “Visla” klubunu 1:0 hesabı ilə yenməklə, qızıl medalların sahibi olub. Sonuncu - XXX tura qədər çempionluğa 3 komanda iddia edirdi. Bunlar 53 xalı olan həmin komanda ilə yanaşı, “Rux” (52 xal) və “Lex” (51) idi. Son turun oyunları eyni vaxtda keçirildi və rəqiblərini xal baxımından qabaqlayan lider büdrəməyərək, tarixində 2-ci dəfə çempion oldu. Belə ki, komanda bunu 35 il öncə - 1976/77 mövsümündə uğuru bayram etmişdi.
Qeyd edək ki, Polşa çempionu titulunu qoruyan “Neftçi”nin Çempionlar Liqasında potensial rəqiblərindən oldu.
Qeyd edək ki, Polşa çempionu titulunu qoruyan “Neftçi”nin Çempionlar Liqasında potensial rəqiblərindən oldu.
0
0