“Barselona”da satılmayan 7 futbolçu
07.05.2012 - 17:25
“Barselona”da satılmayan 7 futbolçu
Xosep Qvardiolanın baş məşqçi postundan gedişindən sonra heyətində dəyişikliklər olacaq “Barselona”da 7 futbolçunun satılmadığı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Viktor Valdes, Karles Puyol, Herard Pike, Serxio Buskets, Xavi Ernandes, Andreas İnyesta və Lionel Messi heç bir şəraitdə komandadan getməyəcək. Bunlardan argentinalı Messi istisna olmaqla, qalanları İspaniya yığmasının futbolçularıdır.

“Barsa”nın yeni çalışdırıcısı Tito Vilyanova digər futbolçuların xidmətindən məhrum ola bilər. Belə ki, braziliyalı sağ cinah müdafiəçisi Dani Alveşdən canını qaytarmaq istəyən İspaniya təmsilçisi öz mövqelərində inamlı olmayan cənubi amerikalılar – müdafiəçi Xavyer Maskerano ilə çilili hücumçu Aleksis Sançeslə yollarını ayırmağı düşünür. Bu il ağır zədə üzündən oynamayan, yeni bərpa olunan David Vilya ilə digər ispan hücumçu Pedro Rodrigesin gələcək taleyi sual altındadır. Malili yarımmüdafiəçi Seydu Keyta ilə hollandiyalı hücumçu İbrahim Afellay gedən futbolçular arasında olacaq. “Barsa”nın öz yetirməsi olan yarımmüdafiəçi Tyaqo Alkantaranın qalacağı hələ dəqiqləşməyib. Qaraciyəri dəyişdirilən fransalı sol cinah müdafiəçisi Erik Abidal isə çətin ki, karyerasını bərpa etsin.