Fatih Kavlakın son həftəsi
08.05.2012 - 13:05
“Vəzifəmdə qalıb-qalmayacağımla bağlı bu həftə qərar veriləcək”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.
Əyalət təmsilçisinin ötən tur “Xəzər Lənkəran”la səfər oyunundakı 1:1 hesablı bərabərliyindən sonra avrokuboklara düşməyəcəyi dəqiqləşdi ki, indi komandanın baş məşqçisinin gələcək taleyi maraq doğurur.
İngilis Toni Adamsın istefasından sonra baş məşqçi postuna keçən türkiyəli mütəxəssis rəhbərliyin qərarını gözləyir: “Təbii, qərarı komandanın prezidenti verəcək. Hazırda baş məşqçi kimi işimi davam etdirirəm. Rəhbərliyə qarşıdakı mövsümlə bağlı planlarımı açıqlamışam. Təlim-məşq toplanışları, heyətlə bağlı fikir mübadiləsi aparmışıq. Ancaq bunu indi konkret açıqlamağım düzgün olmazdı. Çünki baş məşqçi kimi işimi davam etdirib-etdirməyəcəyim hələ dəqiqləşməyib. Ola bilər ki, növbəti mövsümdə də postumda qaldım, yaxud əksinə, vəzifəmdən ayrıldım”.
Kavlak rəhbərliyin qərarına hörmətlə yanaşacağını bildirib: “Münasibətlərimiz qarşılıqlı hörmət çərçivəsindədir. Futbolçulara gəlincə, hələ 1 oyunumuz qaldığından, gedənlərin adlarını çəkməyim düzgün olmaz. Yarımmüdafiəçi Abdulkader Kamara ilə yollarımızı ayırmağımızı açıqlamaq isə onun çoxdandır oynamadığı və mövsüm bitməmiş getmək istəyi ilə əlaqədar idi”.
Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın son turunda mayın 11-də “Neftçi”nin qonağı olacaq.

0
0