Bakı “İnter”in futbolçusu MOİK-də? - FOTO
08.05.2012 - 13:29
“Simurq”un bolqarıstanlı futbolçusu Daniel Genov MOİK-in transfer siyahısında yer alıb. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisi Bakının “İnter” klubuna məxsus 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Bolqarıstanın gənclər yığmasının sabiq üzvünün müqaviləsi iyunun 30-da başa çatır. Həmin vaxt azad agent statusu alacaq Genov “İnter”dən cavab gözləyəcək. Belə ki, “bankirlər” legionerə yeni müqavilə təklif etməzsə, “hərbçilər”in rəhbərliyi yetirməsini transfer etmək variantını nəzərdən keçirəcək.
Əsasən yarımmüdafiənin sağ cinahında çıxış edən, hücumda da oynaya bilən Daniel cari mövsümdə “Simurq”un heyətində 24 oyunda 1 qol vurub.
Qeyd edək ki, Genov 2009/2010 mövsümündə “Minyor” klubu iflasa uğradığından həmin vaxt Bolqarıstana təlim-məşq toplanışına gələn “İnter”ə transfer olunmuşdu.

0
0