Federasiya 33 danışılmış oyunu araşdırır
09.05.2012 - 09:40
İtaliya futbolunda yeni qalmaqal başlayıb. Apasport.az saytının məlumatına görə, Appenin yarımadasını yenə danışılmış oyunlarla bağlı araşdırmalar bürüyüb. Bu dəfə 22 klub və 61 futbol adamının şübhəli bilindiyi bildirilir. İtaliya Futbol Federasiyası 33 danışılmış oyunla bağlı araşdırma aparır. Bu matçlardan 29-u B seriyası, digərləri isə daha aşağı dəstələrin oyunlarıdır.
Qeyd edək ki, bir neçə il əvvəl A seriyası ilə bağlı oxşar araşdırmalar aparan italiyalılar başda 2 çempionluğu əlindən alınıb aşağı dəstəyə göndərilən “Yuventus” olmaqla bir sıra klublara ağır cəza vermişdi.

0
0