Çempionun 7-ci cəhdi
09.05.2012 - 10:34
Çempionun 7-ci cəhdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti dəfə Moldovanı fəth etməyə gedəcək. Apasport.az saytının məlumatına görə, Kişinyovda təşkil olunan ənənəvi “FA of Moldova Cup” turnirinə qatılacaq Təbriz Həsənovun yetirmələri 7-ci dəfə bu yarışda qüvvəsini sınayacaq.

2005-ci ildən Moldovanın qonağı olan millimiz son çempion kimi titulunu qorumağa yollanıb. Ümumilikdə isə 6 dəfə qatıldığı turnirdə yalnız 2-də millimiz mükafatçılar sırasından kənar qalıb.

2005 – III yer
2006 – VI yer
2008 – III yer
2009 – II yer
2010 – IV yer
2011 – I yer