Toni Adams Arsen Vengerin “beşliy”ində
09.05.2012 - 11:19
Toni Adams Arsen Vengerin “beşliy”ində
İngiltərənin “Arsenal” klubunun məşqçisi Pat Rays bu həftə London təmsilçisi ilə son oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, 44 ildir klubda çalışan baş məşqçi Arsen Vengerin köməkçisi təqaüdə çıxmazdan əvvəl yerinə namizədlər də müəyyənləşib.

Böyük Britaniya mətbuatı Vengerin köməkçisi postuna 5 namizəd görür. Onlar arasında “Qzəbələ” klubunun sabiq baş məşqçisi, hazırda klubun prezidenti Tale Heydərovun müşaviri olan Toni Adams da var. Onun rəqibləri isə tanınmış simalardır. Belə ki, Yens Lemann, Stiv Bold, Dennis Berqkamp, Nil Banfild də Vengerin köməkçisi postuna namizəd sayılır.