“Neftçi” uğur gətirən ölkənin çempionuna qarşı
10.05.2012 - 10:21
“Neftçi”nin Çempionlar Liqasında daha bir potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Jelezniçar” sona 3 tur qalmış çempionluğu bayram edib. Sarayevo təmsilçisinin “Slaviya”nı məğlub etməyi ən yaxın izləyicisi “Şiroki Briyeq”in ona çata bilməyəcəyini rəsmiləşdirib. Çempionun rəqibindən kubokun finalında da üstün olarsa, mövsümü “qızıl dubl”la başa vuracaq.
Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasında ilk dəfə mərhələ keçərkən, rəqibi məhz Bosniya çempionu olub. 2004-cü ildə “Şiroki Briyeq”lə görüşən komanda səfərdə vurduğu qol sayəsində (səfərdə 1:2, evdə 1:0) II təsnifat mərhələsinə çıxıb.

0
0