Mükafatçılar müəyyənləşdi
13.05.2012 - 07:47
Mükafatçılar müəyyənləşdi
Azərbaycan Premyer Liqası kimi I divizionda da yarış başa çatıb. Apasport.az saytının məlumatına görə, baş tutmayam “Bakılı” – “Energetik” oyununun nəticəsindən asılı olmayaraq aşağı dəstənin mükafatçıları müəyyənləşib.

Çempionluğu bir neçə tur əvvəl təmin edən “Qaradağ-Lökbatan”ın növbəti məğlubiyyəti “Neftçala”nın 2-ci olmasına səbəb olub. Çempionu udan cənublular gümüş komandası aşağı dəstənin olublar. Vaxtilə UEFA kubokunda mərhələ keçən ilk Azərbaycan klubu kimi tarixə düşən “Karvan” isə 3-cü olub. Sonuncu yeri isə hələ SSRİ çempionatlarının II dəstəsində Azərbaycanı təmsil etmiş “Göyəzən” tutub.

Qeyd edək ki, lisenziyalaşdırmaya uyğun gəlmƏdikləri üçün aşağı dəstə klublarından heç biri Premyer Liqya yüksəlmir.

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 26 21 2 3 45-9 65
2 Neftçala 26 16 7 3 42-16 55
3 Karvan 26 17 4 5 55-22 55
4 Şahdağ 26 13 6 7 46-33 45
5 Bakılı 25 11 5 9 36-25 38
6 Lokomotiv 26 10 6 10 37-33 36
7 MKT Araz 26 11 3 12 35-43 36
8 Şəmkir 26 9 6 11 38-38 33
9 Tərəqqi 26 9 4 13 27-29 31
10 Muğan 26 9 4 13 26-43 31
11 Şuşa 26 7 8 11 21-23 29
12 MOİK 26 7 4 15 34-44 25
13 Energetik 25 5 7 13 18-45 22
14 Göyəzən 26 1 4 21 17-74 7
Bombardirlər: Zahid Tayıbov ("Şahdağ"), Aqşin Həşimov ("Neftçala") - 18 qol.