“Xəzər Lənkəran”ın legionerləri üçün əlamətdar sonluq
15.05.2012 - 11:45
Premyer Liqanın son “Qarabağ”la ev oyunu “Xəzər Lənkəran”ın 2 futbolçusu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, malili yarımmüdafiəçi Sadio Tounkara və kosta-rikalı hücumçu Rendall Brenes 4:1 hesabı ilə qalib gəldikləri matçda çempionatımızda qol hesablarını açıblar. Bu matçadək 64 futbolçu Premyer Liqa görüşlərində “Xəzər Lənkəran” üçün qol vurmuşdu ki, qış transferləri bu sayı 66-ya çatdırıb.
Çempionatdan fərqli kubokda qol sevinci yaşamış Brenes “Xəzər Lənkəran” formasında əvvəl də qol vurub. Sadio isə ümumilikdə “ağ-yaşıl” formada ilk dəfə qol sevinci yaşadı. O, eyni zamanda Azərbaycanda malililərin ilk qolunun müəllifi oldu. Təbii ki, əvəzedicilərin çempionatı nəzərə alınmamaqla. Çünki Tounkara ilə birgə Lənkəranda gələn Salif Balili əvəzedicilərin yarışında fərqlənmişdi.
Tounkara “Xəzər Lənkəran” formasında qol sevinci yaşayan ümumilikdə 72-ci futbolçudur ki, onlardan 46-sı legionerdir. Sadioya qədər “Xəzər Lənkəran”ın heyətində 12 rumıniyalı, 7 braziliyalı, 4 türkiyəli, bolqarıstanlı, 3 portuqaliyalı, 2 albaniyalı, kosta-rikalı, serbiyalı, 1 argentinalı, fransalı, kolumbiyalı, honduraslı, moldovalı, nigeriyalı, fil dişi sahilili, sloveniyalı və syerra-leoneli qol vurub.
Mənbə: lankaranfc.com

0
0