Baş katib futbol oynadı, əlini sındırdı
15.05.2012 - 23:15
BMT-nin Baş katibi Pan Gi Mun diplomatlar komandası ilə futbol oynayarkən əlini sındırıb. Apasport.az saytının xəbərinə görə, bu barədə BMT-nin mətbuat katibi Martin Nesirki məlumat verib.
O bildirib ki 67 yaşlı baş katibin əli 6 həftə gipsdə olacaq.
Pan Gi Munun yaz futbol turniri çərçivəsində BMT komandasının diplomatlarla oyunu zamanı yıxılması nəticəsində sol əlinin sümüyündə kiçik çat əmələ gəlib. Mətbuat katibi qeyd edib ki, buna baxmayaraq, baş katibi özünü tamamilə normal hiss edir, əhvalı yaxşıdır (AzərTac)

0
0