“Bu qələbəni Hafiz Məmmədova həsr edirik”
17.05.2012 - 21:24
“Bu qələbəni Hafiz Məmmədova həsr edirik”
“Neftçi” üzərində qələbə qazanmaqla, tarixində üçüncü dəfə Azərbaycan kubokuna sahib çıxan “Bakı” klubunun baş məşqçisi Novruz Əzimov oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytına verdiyi açıqlamada Əzimov bildirib ki, futbolçuları meydandan kənar təzyiqlərə sinə gərməyi bacarıblar: “Buna görə onlara təşəkkür edirəm. Gərgin qarşılaşma oldu. Bu qələbəni komandamızın prezidenti Hafiz Məmmədova həsr edirik”.

Xatırladaq ki, final matçında “Bakı” “Neftçi”ni 2:0 hesabıyla məğlub edib.