“Fərqlənməyimizə rəqib imkan vermədi”
18.05.2012 - 11:05
“Çətin oyun oldu. Hər iki komanda sona qədər əzmkarlıqla mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.
O, Moldovanın paytaxtı Kişinyovda keçirilən “FA of Moldova Cup” turnirinin II turunun meydan sahibləri ilə qarşılaşması haqda fikirlərini açıqlayıb: “Yaratdığımız təhlükəli epizodlarda fərqlənməyimizə rəqib imkan vermədi. Turnirin son oyununda – Bolqarıstan yığması ilə qarşılaşmada qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, Moldova – Azərbaycan oyunu qolsuz heç-heçə başa çatıb.
Mənbə: affa.az

0
0