Zeynal Məmmədov: Ola bilsin, Bülənt Qorxmazı gətirdik
18.05.2012 - 11:31
“Mətbuatda yazılanları mən də oxuyuram. Boş söhbətlərdir, indiyədək yayılan xəbərlərin heç bir əsası yoxdur”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib.
Avropa Liqasında çıxış edəcək paytaxt təmsilçisində baş məşqçi postu hələlik sahibini tapmayıb.
Düzdür, Starkovun istefasından sonra rəhbərlik komandanı Novruz Əzimova tapşırıb. Ancaq çempionat başa çatdıqdan sonra dəyişikliyin olacağı istisna deyildi. Son günlər isə serbiyalı Bojidar Bandoviçlə türkiyəli Bülənt Qorxmazın “zolaqlılar”ın “sükanı arxası”na gətiriləcəyi bildirilir.
Məsələyə münasibət bildirən Məmmədov yaxın günlərdə dəqiq açıqlama veriləcəyini vurğulayıb: “Tək Bandoviçin deyil, Büləntin adı da hallandırılır. Ola bilsin, Bülənt Qorxmaz olsun, ola bilsin, Novruz qalsın. Bir başqası da gətirilə bilər. Hələ heç nə dəqiqləşməyib. Yaxın bir həftə ərzində dəqiqləşəcək”.
Gələcək baş məşqçinin əcnəbi və yerli olacağına gəlincə, Məmmədov konkret fikir bildirmədi: “Yerli olsa, Novruz Əzimov qalacaq. Əcnəbi olsa, Əzimov yenə klubda fəaliyyətini davam etdirəcək”.

0
0