PFL qalibləri nə vaxt mükafatlandıracaq?
18.05.2012 - 19:30
Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın qaliblərinin mükafatlandırılma mərasimini keçirməyə hazırdır. Bu haqda apasport.az saytına qurumun prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, başa çatan çempionatın qızıl, gümüş və bürünc medalçıları olan “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”in mükafatlarını verməklə bağlı tədbirin təşkilatçılığında problem yoxdur.
Sadəcə, Bakıda “Avrovision” mahnı müsabiqəsi keçirildiyindən, mükafatlandırmanı mövsüm bitəndən dərhal sonra keçirmək çətinlik yaradır: “İstəyərdim ki, tədbirimiz indi olsun. Sadəcə, bilirsiniz ki, Bakıda “Avrovision” keçirilir. Buna görə nəqliyyatla bağlı bir az problem yaranır. İstəmirik ki, möhtəşəm tədbirə mane olaq. AFFA rəhbərliyi və klublarla da danışmaq lazımdır. Onlarla görüşüb, tarixlə bağlı bir ortaq məxrəcə gələcəyik”.
Qeyd edək ki, ötən ilki tədbir cari mövsüm başlayandan sonra olmuşdu.
Mehman SÜLEYMANOV

0
0