“Çelsi” 5-ə çatdı, İngiltərə yalnız İspaniyadan geri qalır
20.05.2012 - 09:50
“Çelsi” 5-ə çatdı, İngiltərə yalnız İspaniyadan geri qalır
“Çelsi” Çempionlar Liqasının (ÇL) qalibi olan 5-ci İngiltərə klubu oldu. Apasport.az saytının məlumatına görə, 1991-ci ilədək Çempionlar Kuboku adlanan turniri bunadək həmin ölkədən “Liverpul” 5 (1977, 1978, 1981, 1984, 2005), “Mançester Yunayted” 3 (1968, 1999, 2008), “Nottingem Forest” 2 (1979, 1980), “Aston Villa” 1 (1982) dəfə qazanmışdı.

Bununla ingilislər Avropanın ən nüfuzlu turnirində qələbələrinin sayına görə italyanlara çatdı. Belə ki, hər 2 ölkə 12 dəfə bu uğuru qazanıb. Lider isə onları cəmi 1 çempionluq üstələyən İspaniyaya məxsusdur. Bu ölkə ÇL-i ən çox qalibi olan “Real” (9 dəfə) və “Barselona”nın (4 dəfə) sayəsində 13 çempionluqla liderdir.

Qeyd edək ki, “Çelsi” bu mötəbər tunirin qalibi olan ilk London klubu tarixə düşdü.