Yubileyində Çempionlar Liqasının qalibi oldu - FOTO
20.05.2012 - 10:48
“Çelsi”nin qapıçısı Petr Çex üçün Çempionlar Liqasını qazanmaq əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, “Bavariya” ilə Münhendəki final matçının qəhrəmanlarından olan legionerin həmin gün ad günü idi. Özü də 30 illik yubileyini qeyd edən Çex buna görə daha sevincli olub və emosiyalarını gizlədə bilməyib: “Mən bu qələbəyə bağlı olan hər bir nəfərlə fəxr edirəm. Elə də asan deyildi. Ancaq penaltiyə kimi dözəcəyimizə inanırdım. Öz hisslərimi sözlə deyə bilmərəm. Mən həyatımda ilk dəfə nəsə qeyri-adi şey hiss edirəm. Sadəcə, bilmirəm ki, nə danışmalıyam”.
Qeyd edək ki, 2004-cü ildən “Çelsi”də oynayan Çexiya yığmasının əsas qapıçısı almanlarla oyunda əlavə vaxtda Aryen Robben, matçdan sonra İvitsa Oliçlə Bastian Şvaynştaygerin penalti zərbələrini dəf edib.

0
0