Alberto Zakkeroni: Azərbaycan yığması yetərincə güclü komandadır
20.05.2012 - 11:10
“Azərbaycan yığması ilə oyunda öz məqsədlərim var. Bu matçda ilk növbədə oyunumuzun taktiki tərəfini, komandamızın sürətini yoxlamaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yaponiya yığmasının baş məşqçisi Alberto Zakkeroni deyib. Mayın 23-də yığmamızla evdəki yoldaşlıq görüşü öncəsi fikirlərini açıqlayan italiyalı çalışdırıcının sözlərinə görə, onun bu matçda reallaşdırmağı planlaşdırdığı bir sıra vəzifələr var: “Bu oyun komandamızın futbolçularını sınamaq üçün əla imkandır. Mənim kimi, komandam üçün də rəsmi oyunlar öncəsi son şansdır. Bundan əlavə, legionerlərlə yanaşı, Yaponiya klublarından dəvət etdiyim futbolçulara özlərini göstərmək üçün imkan olacaq. Heyətimizdə yetərincə gənc futbolçular ki, onlara gələcəkdə mütəmadi şans verməliyik”.
Zakkeroni almaniyalı həmkarı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız haqda xoş sözlər deyib: “Azərbaycan millisi yetərincə güclü komandadır. Onun güclü baş məşqçisi, Avropa komandaları ilə oyun təcrübəsi var. Buna görə də Azərbaycan yığması ilə qarşıdakı oyun bizə 2014-cü il dünya çempionatının seçmə mərhələsinin startı öncəsi yaxşı sınaq olacaq”.

0
0