Hondanın millimizlə oyunda meydana çıxacağı sual altındadır
20.05.2012 - 11:38
Yaponiya yığmasının aparıcı futbolçusu olan Keysuke Hondanın Azərbaycan milli komandası ilə mayın 23-də keçiriləcək yoldaşlıq görüşündə iştirakı sual altındadır. Apasport.az saytının məlumatına görə, rəqibimizin baş məşqçisi Alberto Zakkeroni Moskva MOİK-ində oynayan yarımmüdafiəçiyə dəvət göndərsə də, onun hansı formada olmağından bixəbərdir.
İtaliyalı çalışdırıcının sözlərinə görə, millimizlə oyunla hazırlıq prosesində Hondanın durumuna baxıb, meydana çıxmağına qərar verəcək: “Açığı, Keysukenin ötən il aldığı zədə üzündən oyununu düz əməlli görməmişəm. O, hələ də tam bərpa olunmayıb. Hondanın vəziyyətinə birbaşa təlim-məşq toplanışında qiymət verəcəyik. Əlbəttə, mən də istərdim ki, oynasın. Ancaq bu, yalnız yaxşı vəziyyətdə olduğuna əmin olduğumuzdan sonra mümkündür“.

0
0