“Mövsüm ərzində 16 top vurmaq yaxşı nəticə deyil” - MÜSAHİBƏ
21.05.2012 - 13:41
“Sumqayıt” klubunun futbolçusu Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- Başa çatan mövsümü necə dəyərləndirirsiniz?
- Çempionat bizim üçün yaxşı keçmədi. Gördüyünüz kimi, Premyer Liqanı sonuncu pillədə başa vurduq. Bu da yaxşı nəticə deyil.
- Sualımız tək “Sumqayıt”la bağlı deyildi. Digər klubların çıxışı barədə nə deyə bilərsiz?
- “Neftçi” yenə çempion oldu. Düzdür, rəqibləri onlara müqavimət göstərməyə çalışdı. Amma sona 2 tur qalmış hər şey həll edildi və “Neftçi” ardıcıl ikinci dəfə çempionluğunu elan etdi. Bu mövsüm gözlənilməz bir şey olmadı. Hansısa sürprizin, kəşfin şahidi olmadıq.
- “Neftçi” çempionluğa layiq idi?
- Qalibi mühakimə etmirlər. Layiqdirlər ki, çempion oldular.
- Mövsüm ərzində yaddaqalan məqamlardan biri də “Xəzər Lənkəran”ın aktivindən 6 xalın silinməsi və sonradan bərpa edilməsi oldu...
- Əlbəttə, bu hadisə futbolçulara pis təsir edir. Mövsüm ərzində əziyyət çəkib qazandığın xal əvvəlcə silirlər, sonra geri qaytarırlar. Ancaq bu hal çempionluğa oynayan komandanın üzvlərinə ciddi təsir etməməli idi. Çünki peşəkar futbolçu hər cür vəziyyətə, o cümlədən, psixoloji gərginliyə hazır olmalıdır.
- Çempionatın yekununa nəzər saldıqda diqqətçəkən məqamlardan biri də məhsuldar oyunçular sırasında yerli futbolçunun olmamasıdı. Bu nə ilə bağlıdır? Bizim hücumçular qol vura bilmirlər?
- Belə deməzdim. Heç legionerlərimizin də “vuran ayağı” yoxdur. Ən məhsuldar futbolçu 32 tur ərzində cəmi 16 qol vurub. Bu da 2 tura bir qol deməkdir. Əlbəttə, bizim çempionatda bu göstərici aşağıdır. Əslində, 25-də artıq qol vurmaq olardı. Həm də nəzərə alsaq ki, legionerlərə bu qədər etimad göstərilir, onlar daha çox fərqlənməli idilər. Məhsuldarlığın çox aşağı olduğunu düşünürəm. Bizim hücumçulara gəldikdə, oynayan yerli forvard çox azdır. Bir Rauf Əliyev çıxış edirdi ki, son oyunlarda o da ehtiyatda qaldı. Nasimovun zədələnməsindən sonra isə Fərid Quliyev oynamaq şansı qazandı. O da 2-3 oyuna nə edə bilərdi ki? Fərid Quliyev Bahodir Nasimovun yanında “itib-batdı”.
- Əksər baş məşqçilər üstünlüyü əcnəbi hücumçulara verib. Bəs yerli oyunçulara bu qədər az etimad göstərilməsi nə ilə bağlıdır?
- Buna dəqiq cavab verə bilməyəcəm. Yenə deyirəm, əcnəbilər də yaxşı mənada seçilmədilər. Elə oyunlar oldu ki, rahat vurulası topu qapıya deyil, kənara göndərdilər.
- Oyunlarda sürət var idimi?
- Ötən ilki kimi idi.
- “Altılıq” sistemi ilə bağlı nə deyə bilərsən?
- Məncə, yaxşı sistemdir. Hamı çalışır ki, ilk “altılığ”a düşsün. Düzdür, çox adam deyir ki, ikinci “altılıq” kölgədə qalır. Amma mən belə düşünmürəm.
- Yarımmüdafiə xəttində çıxış edən futbolçulardan kimi fərqləndirərdiniz? Kimlər ümidləri doğrultdu, kimlər kölgədə qaldı?
- Kimisə yaxşı mənada fərqləndirə bilməyəcəm. Çünki elə yaddaqalan yarımmüdafiəçi görmədim. Bu il əksəriyyət Elvin Məmmədovdan çox şey gözləyirdi. Çünki o, həm də yığma komandamızın üzvüdür. Ancaq Elvin ümidləri doğrultmadı. Ola bilsin, tez-tez zədələnməyi ona mane oldu.
- Karyeranızla bağlı hansı qərara gəlmisiniz: Oynayacaqsız, yoxsa məşqçi kimi çalışacaqsınız?
- Məşqçi kurslarında iştirak etdim. B kateqoriyasını alacam. Sözün açığı, məşqçi kimi fəaliyyət göstərmək istəyirəm. Görək nə olacaq.
- Bəs məşqçi kimi necə, xidmətində maraqlı olan klub varmı?
- Hələ ortada heç nə yoxdur. Gözləyirik.

- Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
0
0