Droqba “Çelsi”dən gedir
21.05.2012 - 16:19
Çempionlar Liqasının final oyununun qəhrəmanı Didye Droqba İngiltərənin “Çelsi” klubunu tərk etməyə qərar verib. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahilindən olan 34 yaşlı hücumçu klub rəhbərliyinin yeni müqavilə imzalamaq təklifindən imtina edib.
Droqba 2004-cü ildən şərəfini qoruduğu komandanın tarixində ilk dəfə Çempionlar Liqasını qazanmasında əsas pay sahiblərindəndir. Almaniya “Bavariya”sı ilə matçın son dəqiqələrində bərabərlik qolu vuran afrikalı penaltilər seriyasında da son zərbənin müəllifi kimi tarixə düşüb. Lakin Didye komandadan qalib kimi ayrılmaq istədiyindən bu matç onun “Çelsi”də sonuncu oyunu kimi tarxidə qalacaq.
Qeyd edək ki, Droqba London təmsilçisində 339 oyuna 157 qol vurub.

- Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
0
0