“Məqsədimiz qrup mərhələsinə düşməkdir” - MÜSAHİBƏ
21.05.2012 - 23:13
“Bakı” klubunun baş meneceri Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi
- Komandanız çempionatda 6-cı yeri tutsa da, ölkə kubokunu qazanmaqla mövsümü titulla qapadı. Başa çatan mövsümü necə dəyərləndirirsiniz?
- Klubumuz yarandığı gündən iddialı olub. Mövsümün əvvəlində qarşımıza həm çempion olmaq, həm də kuboku qazanmaq məqsədi qoymuşduq. Mövsüm bizim üçün çox uğurlu keçmədi. Klubun çempionatı 6-cı pillədə tamamlaması bizi razı sala bilməz. Komandamızın potensialına bələdik. Ona görə də futbolçularımızdan bundan da yaxşı nəticə gözləyirdik. Çempionatda bacarmadığımızı kuboku qazanaraq sığortaladıq.
- Komandanın uğursuz çıxış etməsinin səbəbini nədə görürdünüz?
- Ən başlıca səbəb komandada köklü dəyişiklərin olması idi. Mövsümün əvvəlində heyətimizə 7-8 futbolçu qoşuldu. Onların uyğunlaşma problemi oldu. Misal üçün, Xavier Juniorun əvvəlki oyunu ilə mövsümün son qarşılaşmalarındakı oyunları arasında böyük fərq var. Özünüzdə şahidi oldunuz final qarşılaşmasında yaxşı oynamaqla yanaşı baxımlı qola imza atdı. Eyni sözləri digər legionerlərimizə də şamil etmək olar. Buna görə mətbuat onları kəskin şəkildə tənqid etdi. Hətta Maris Verpakovski də özünü sübut etmiş, “Bakı”ya fayda verəcək futbolçulardandır. O da ciddi zədə səbəbindən bu mövsüm bir çox oyunda forma geyinmədi. Yeni gələn futbolçuların həm komandaya, həm də ölkəmizə uyğunlaşmaları üçün minimum 3-4 ay vaxt lazım olur. Yenə deyirəm, mən uğursuz çıxışı sabitliyin olmaması ilə əlaqələndirirəm. Yayda 8, qışda 4 futbolçu gətirdik. Bunlar hamısı komandamızın oyununa təsir etdi. Təbii ki, məşqçi dəyişikliyinin də təsiri oldu. İstər-istəməz futbolçularda ruh düşkünlüyü yarandı. Bunu aradan qaldırmaq üçün də xeyli vaxt sərf olundu. Nəticədə mövsümü 6-cı pillədə tamamladıq.
- Belə çıxır ki, komandanın uğursuz çıxış etməsində sabiq baş məşqçi Aleksandr Starkovun rolu olduğunu düşünmürsünüz...
- Xeyr. Kuboku qazanmağımızda Starkovun da böyük əməyi var. Bu komandanı o hazırlamışdı. Məhz onun gətirdiyi futbolçularla kuboku qazandıq. 2010-cu ildə komandanı Bülənt Qorxmaz hazırlamışdı, kuboku Cüneyt Biçər qazandı. Bunlar faktdır. Bunu danmaq olmaz.
- Deməli, mətbuat tərəfindən təzyiqlər olduğu üçün Starkovla yollarınızı ayırmısınız?
- Təzyiqlərdən əlavə, o özü, çox mədəni və alicənab insandır. “Qarabağ”a evdə 0:3 hesabı ilə uduzduğumuz oyunda 1-2 azarkeş istefa qışqırmışdı. Həmin oyundan sonra getmək istədiyini bildirdi. Ancaq 3 oyundan sonra Hafiz müəllim onun getməsinə razı oldu. Gəlin etiraf edək ki, bu komandanı Starkov hazırlayıb, oyunçuları o gətirib. Onun əməyini necə danaq? Futbolda hər şey olur. Biz kuboku qazanmasaq belə bu bizim üçün faciə olmayacaqdı. Futbol elə bir sahədir ki, küllü miqdarda yatırımla heç nə əldə edə bilməzsən və ya əksinə cüzi bir məbləğlə həm çempion olarsan, həm də Avropada uğur qazanarsan.
- Yuxarıda “Bakı”nın həmişə yüksək yerlər uğrunda mübarizə apardığını dediniz. Komanda cari mövsümdə kubokun qalibi kimi ölkəmizi Avropa Liqasında təmsil edəcək. Avrokuboklarda əsas məqsədiniz nədir?
- Məqsədimiz ancaq qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunu bacarıb-bacarmayacağımızı deyə bilmərəm. Ümidimiz böyükdür. Niyə də olmasın? Hazırda komandamızın hər cür şəraiti var. Futbolçuların istirahəti üçün gözəl baza, standartlara cavab verən meydançalar və s.
- Yəqin ki, yeni transferlər olacaq...
- Bəli, Avropa Liqasında uğurlu çıxış etmək üçün axsayan mövqelərimizi gücləndirməliyik. Minimum 3-4 səviyyəli futbolçu transfer etməliyik. Artıq bununla bağlı siyahımız var. Onların hansı ölkələrdən olduğunu indidən deyə bilmərəm. Sabah Hafiz Məmmədovun iştirakı ilə klub daxili iclas olacaq. Bütün qaranlıq məsələlərə həmin iclasda aydınlıq gələcək. Yaxın günlərdə transfer etməyi düşündüyümüz futbolçuların adlarını saytımız vasitəsilə açıqlayacağıq. Bilirik ki, vaxtımız çox azdır. Yuxarıda qeyd etdiyimiz kimi, yeni gələn futbolçuların uyğunlaşma problemi olur. Çalışırıq ki, bu məsələləri tez zamanda həll edək.
- Hazırda gündəmi zəbt edən məsələlərdən biri də baş məşqçi ilə bağlıdır. Novruz Əzimovla davam edəcəksiniz yoxsa yeni çalışdırıcı gətirəcəksiniz?
- Bu məsələ açıq olaraq qalır. Dediyim kimi, bu məsələ də iclasda müzakirə olunacaq və Novruz müəllimin qalıb-almayacağı məlum olacaq. Bir sözlə, kimlər qalacaq, kimlər gedəcək, hansı futbolçularla danışıq aparırıq bunlar bilinəcək.
- Avropa Liqasında məqsədinizin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu dediniz. Bunun üçün futbolçuları stimullaşdırmaq üçün mükafat fondu müəyyənləşdirmisinizmi?
- Bildiyiniz kimi, futbolda maddi amillər böyük rol oynayır. Xüsusən, futbolçuları stimullaşdırmaq üçün müəyyən məbləğdə mükafatlar vəd olunur. Futbolçuya həvəsləndirici mükafatlar verməsən işçi kimi bir şeydir. Vaxtlı-vaxtında maaşını alıb futbolunu oynayır. Ancaq hər hansı bir həvəsləndirici mükafat olan kimi daha həvəslə, var gücü ilə mübarizə aparır. Təbii ki, komandamız Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, Hafiz müəllim tərəfindən mükafatlandırılacaq.
- “Bakı” böyük futbolla yanaşı, uşaq futboluna da diqqət-qayğı göstərən komandalardan biridir. Klubun nəzdində futbol akademiyası fəaliyyət göstərir. Bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, akademiyamıza yerli məşqçilərlə yanaşı, Türkiyədən də mütəxəssislər dəvət etmişik. Düşünürəm ki, bu istiqamətdə işlər düzgün qurulub. Artıq bunun bəhrəsini görməyə başlayırıq. Rəhman Hacıyev, Şəhriyar Rəhimov, Tural Qürbətov və Elşad Manafov kimi futbolçular cari mövsümdə əsas komandanın bir neçə oyununda meydana çıxıblar. 3-4 ildən sonra daha çox futbolçumuz əsas heyətdə yer alacaq.
- Artıq “Bakı” təlim-məşq bazasının yenidənqurma layihəsinin ikinci mərhələsinə start verilib. Bununla bağlı nə kimi işlər görülüb?
- Hazırda ev oyunlarımızı keçirdiyimiz stadionda inşaat işləri davam edir. Yeni tribunalar tikilir. Ondan əlavə ot örtüyü dəyişdirilir. Stadion hazır olduqdan sonra tamaşaçı tutumu artaraq 3000-4000 arası olacaq. Növbəti mövsümün startınadək işlərin yekunlaşması nəzərdə tutulub. Çünki yeni mövsümdən oyunlarımızı burada keçirmək planımız var. Ondan əlavə, bazada standartlara cavab verən 4 meydança salınır. Üstü qapalı təxminən 1500 tamaşaçı tutumuna malik meydançanın inşası davam edir. Layihəyə əsasən idmançılar üçen 3 ulduzlu otel, 3000-4000 min tamaşaçı tutumuna malik qapalı zal tikiləcək. Hansı kı voleybol, basketbol, həndbol, futzal oyunları keçirmək olacaq. Voleybol federasiyasının binası da layihədə öz əksini tapıb.
- Bu işlər nə vaxt yekunlaşacaq?
- “Bakı” klubu AFFA qarşısında öhdəlik götürüb. Belə ki, bu il ölkəmizdə keçiriləcək 17 yaşadək qadınlardan ibarət dünya çempionatında iştirak edəcək bir neçə komanda bizim təlim-məşq bazasının imkanlarından yararlanacaq. Komandalar burada məşq edəcəklər. Ona görə də iyulun sonlarınadək meydançaları istifadəyə hazır olmalıdır. Qalan işlər isə ilin sonunadək tamamlanacaq.

0
0