Millimizə qarşı oynayacaq futbolçuya 20 milyon avro qiymət qoyuldu
22.05.2012 - 08:23
Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Yaponiya yığmasının futbolçusu Sindzi Kaqavanın transfer qiyməti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin oynadığı Dortmund “Borussiya”sı onu 20 milyon avrodan aşağı satmayacağını açıqlayıb. Sindzi son 2 ildə çempion olduğu klubla müqaviləni uzatmaqdan imtina edərək, İngiltərədə oynamaq fikrindədir. Hələ 1 illik müqaviləsi olan futbolçusunun gənc olduğunu və güclü tərəflərini bilən rəhbərlik ona yaxşı məbləğə satmaq fikrindədir.
Qeyd edək ki, Sindzi millisinin heyətində yığmamıza qarşı sabah oynayacaq.
Qeyd edək ki, Sindzi millisinin heyətində yığmamıza qarşı sabah oynayacaq.
- Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
0
0