“Real”ın futbolçuları “Qalatasaray”la danışıqlara gəldilər
22.05.2012 - 08:42
Madrid “Real”ının futbolçuları Həmit Altıntopla Nuri Şahin “Qalatasaray”ın rəhbərliyi ilə görüşüblər. Apasport.az saytının məlumatına görə, İspaniya çempionunda heyətə düşə bilmədiklərinə görə özlərinə yeni klub axtaran Türkiyə yığmasının yarımmüdafiəçiləri İstanbulda “Cim Bom”un beynəlxalq əlaqələr üzrə direktoru Şükrü Hanradla danışıqlar aparıblar. Onların şərəfini qorumaq istədiyi “Qalatasaray”a keçidi yaxın günlərdə həllini tapacaq.
Klubun prezidenti Ünal Aysal “Real”da olan həmkarı Florentino Pereslə yaxın günlərdə görüşəcəyini bildirib: “Biz Altıntopu almaq istəyirik, madridlilər isə onu satmaq niyyətindədir. Bu transferlə bağlı hansısa problem yaranacağını düçünmürəm”.
Qeyd edək ki, Həmitlə Nuri ötən il “Real”a Almaniyadan – müvafiq olaraq “Bavariya” və “Borussiya”dan keçmişdilər.

- Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
0
0