“Azərbaycan yığması ilə evdə oynadığımızdan, qalib gəlməliyik”
22.05.2012 - 09:16
“Azərbaycan yığması ilə evdə oynadığımızdan, qalib gəlməliyik”
Yaponiya yığmasının futbolçusu Sindzi Okazaki Azərbaycan milli komandası ilə sabahkı yoldaşlıq görüşünü vacib sayır. Apasport.az saytının məlumatına görə, “Ştutqart”ın hücumçusu millimizlə ev oyununda qələbəyə köklənib. Onun fikrincə, dünya çempionatının seçmə mərhələsində son sınaq öncəsi öz meydanından oynadıqlarından, qalib gəlmələri lazımdır: “Yığmanın futbolçularının yenidən bir araya gəldiyinə görə şadam. Komandamız dünya çempionatının qarşıdakı seçmə mərhələsinin oyunlarına hazırlaşır. Buna görə də Azərbaycan yığması ilə oyun yerinə düşür. Qalib gəlmək istəyirik, çünki evdə, azarkeşlər arasında qarşı oynamalı olacağıq. Hələ rəqibimiz haqda heç nə deyə bilmərəm. Hər şeyi oyun göstərəcək”.