Superkubokun vaxtı müəyyənləşdi
22.05.2012 - 10:16
Superkubokun vaxtı müəyyənləşdi
Avropa Superkuboku uğrunda oyunun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qalibi “Çelsi” (İngiltərə) ilə Avropa Liqasının qalibi “Atletiko” (İspaniya) avqustun 31-də üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı 23:45-də başlayacaq.

Bu oyun Monakonun “Lui II” stafionundakı son Superkubok olacaq. Belə ki, artıq növbəti ildən turnir Çexiya paytaxtı Praqanın “Eden” stadionunda keçiriləcək.

Qeyd edək ki, “Çelsi” və “Atletiko” hərəyə 1 dəfə Superkubokun qalibi olublar. Qalib gələcək komanda titul sayında “Yuventus” (İtaliya), “Anderlext” (Belçika), “Valensiya” (İspaniya) klublarına çatacaq.