Azərbaycan üçün Çempionlar Liqasının finalçısı
22.05.2012 - 10:57
Azərbaycan millisinin Yaponiya ilə keçirəcəyi oyun sinqapurlu hakim Əbdül Malik Əbdülbəşirə tapşırılıb. Apasport.az saytının məlumatına görə, 44 yaşlı ədalət təmsilçisi Asiyanın ən nüfuzlu referilərindən biridir.
2002-ci ilin əvvəlindən FİFA hakimi olan Əbdülbəşir Asiyada özünə ad da qazanıb. Onu “Böyük düşüncəyə malik hakim” adlandırırlar. AFK Elit hakimlər kateqoriyasında olan sinqapurlunun karyerası beynəlxalq oyunlarla da zəngindir.
Asiya çempionatı, qitə klub turnirlərində daim iş başında olan Əbdülbəşir 2008-ci ildə Çempionlar Liqasının final mərhələsinin ilk oyununu da idarə edib. Həmin vaxt Yaponiya “Osaka”sının Avstraliya təmsilçisi “Adelaida” ilə görüşündə sinqapurlu fit çalıb. Görüş yaponların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ötən il Asiya kubokunda III yer uğrunda qarşılaşmada fit çalan ƏbdülBəşir üçün nüfuzlu turnirlərdin yarımfinal və ¼ final oyunları da artıq adi hala çevrilib. Lakin yoxlama oyunlarında nadir iştirakçı olan sinqapurlu üçün Avropa təmsilçiləri ilə görüşmək qeyri-adi hadisə sayılır. Millimiz də Əbdülbəşirin idarəçiliyi altında pynayacaq nadir avropalılardan biri olacaq.

0
0