Azərbaycan səfirliyi hamıya qalib gəldi
23.05.2012 - 20:34
Azərbaycan səfirliyi hamıya qalib gəldi
Qazaxıstanın paytaxtı Astanada diplomatik nümayəndəliklər arasında UEFA EURO-2012 Avropa çempionatına həsr olunmuş mini-futbol turniri keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan Respublikası səfirliyinin komandası bütün rəqiblərinə qalib gələrək, yarışda 1-ci yerin sahibi olub.
Komanda yarışın Təşkilat Komitəsi tərəfindən kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.